...

BMT-nin rezident əlaqələndiricisi: Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqları əsas olaraq götürülüb

Nəzər nöqtəsi Materials 20 İyun 2018 11:17 (UTC +04:00)
Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqları əsas olaraq götürülüb.
BMT-nin rezident əlaqələndiricisi: Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqları əsas olaraq götürülüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqları əsas olaraq götürülüb.

Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT-nin insan hüquqları ilə bağlı 9 sənədindən 8-i Azərbaycanda ratifikasiya olunub: "BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlıq qurulub. Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı silsilə tədbirlər keçirilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 70 il keçsə də, bu gün də bu istiqamətdə səmərəli işlər görərək maarifləndirmə işləri aparıla bilər. 70 illik dövrdə insan ləyaqətinin möhkəmlənməsi istiqamətində mühüm işlər görülüb. Biz Azərbaycanda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün mühüm işlər görəcəyik".

Azərbaycanda Cümhuriyyətin 100 illiyinin qeyd olunduğunu deyən Q.İshaqzai söyləyib ki, Şərqdə qadınlara ilk seçki hüququ Azərbaycanda verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti