...

Valentina Matviyenko: Qarabağ münaqişəsinin tərəfləri təmkin nümayiş etdirməlidir

Nəzər nöqtəsi Materials 21 Noyabr 2019 17:15 (UTC +04:00)
Qarabağ münaqişəsinin tərəfləri nizamlanma üzrə səmərəli həll yolu tapmaq üçün təmkin nümayiş etdirməlidir
Valentina Matviyenko: Qarabağ münaqişəsinin tərəfləri təmkin nümayiş etdirməlidir

Bakı. Trend:

Qarabağ münaqişəsinin tərəfləri nizamlanma üzrə səmərəli həll yolu tapmaq üçün təmkin nümayiş etdirməlidir.

Trend-in məlumatına görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Sankt-Peterburqda Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşü zamanı deyib.

O bildirib ki, Rusiya ATƏT xətti ilə Qarabağ probleminin nizamlanmasına kömək göstərir:

“İndi regionda vəziyyət sakitdir, amma bizi Qarabağ probleminin nizamlanması üzrə səmərəli həll yolunun tapılmasında əlverişli mühitin yaranmasına qulluq etməyən ritorika narahat edir. Fikrimcə, kompromis həll yolu tapmaq və irəliləmək üçün təmkinli olmaq lazımdır, çünki Ermənistanda da, Azərbaycanda da insanlar inkişaf üçün sülh və normal həyat istəyirlər. Biz vasitəçi rolunu daha səmərəli yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik”.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti