Azərbaycan, Bakı, 18 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/
Bakıda "Eurovision 2012" müsabiqəsinin Rusiyadan olan ən qeyri-adi iştirakçıları "Buranovskiye babuşki" kollektivi maraqlı aksiya keçirərək "Bakı Kristal Zalı"nın press-kafesində jurnalistləri Udmurtiyanın milli yeməyi olan perepeçilərə qonaq ediblər.
Trend-in məlumatına görə, perepeçiləri nənələrin özləri yaşadıqları hotelin mətbəxində bişiriblər.
Aksiya jurnalistlərin xeyli marağına səbəb olub. Jurnalistlər qısa müddətdə perepeçilərin axırına çıxıblar.