...

Avstriyanın "Eurovision 2012" təmsilçisi azərbaycanlıların qonaqpərvərliyindən heyrandır (FOTO)

Eurovision-2012 Materials 19 May 2012 13:27 (UTC +04:00)
Avstriyanı "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi "Trackshittaz" qrupu azərbaycanlıların qonaqpərvərliyindən heyrandır.
Avstriyanın "Eurovision 2012" təmsilçisi azərbaycanlıların qonaqpərvərliyindən heyrandır (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir E.Mehdiyev/

Avstriyanı "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi "Trackshittaz" qrupu azərbaycanlıların qonaqpərvərliyindən heyrandır.

"Azərbaycan xalqı çox qonaqpərvərdir. Azərbaycan xörəkləri də çox dadlıdır. Bura gələndən bəri biz bir restoran tapmışıq və hər gün ora gedib Azərbaycanın milli xörəklərindən dadırıq. Biz yenidən Azərbaycana gəlmək istərdik, çünki Azərbaycan o qədər qonaqpərvər ölkədir ki, hətta Azərbaycan dilini bilməsən də hər kəs sənə kömək edir", - təmsilçilər Trend-ə müsahibələrində bildiriblər.

Onlar Bakının gözəlliklərindən də həvəslə danışıblar.

"Azərbaycan haqqında ilkin təəssüratlarımız ondan ibarətdir ki, burada hər şey çox sürətlə inkişaf edir. Burada çox hündür binalar var, xüsusən də Bakı Alov Qüllələri, hündür bayraq bizi heyran etdi. Düşünürük ki, bu, planetdə ən hündür bayraqdır. Bakı böyük şəhərdir, gecələr burada çoxlu rəngarəng işıqlar yanır. Düşünürük ki, şəhər o qədər parlaq işıq saçır ki, hətta aydan da baxsan Bakını görmək olar. Əgər Bakı bu cür sürətlə inkişaf edərsə, bir neçə ildən sonra Nyu York kimi böyük şəhərə bənzəyəcək", - qrup üzvləri deyiblər.

Qrup iştirakçıları qeyd ediblər ki, "Bakı Kristal Zalı" onların indiyə qədər səhnəsində ifa etdikləri ən böyük zaldır. "Bu, sadəcə möhtəşəmdir, təsəvvür edin, çoxlu sayda kameralar, 25 min tamaşaçı - bu möhtəşəmdir. Biz bu anı gözləyirik, biz səhnəyə çıxanda bu insanlara gözəl hislər yaşatmaq istəyirik", - onlar bildiriblər.

Təmsilçilər favoritlərinin adlarını da açıqlayıblar.

"Biz artıq çoxlu iştirakçılarla görüşmüşük. İsvecrədən, Macarıstandan, San Marinodan, Danimarkadan olan iştirakçılar daha çox xoşumuza gəlir. Təbii ki, birinci yeri qazanmaq hər kəsin arzusudur, biz də bunu çox arzulayırıq. Yarışmada çoxlu yaxşı ifaçılar və mahnılar var. Hətta əgər biz birinci yeri qazanmasaq da, şadıq ki, başqa biri bu yerə sahib olur. Bu müsabiqədə iştirak etməyin özü artıq çox yaxşı haldır", - qrup üzvləri qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti