Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/
Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Birinci yarımfinal mərhələsində iştirak edən 18 ölkədən 10-u finala vəsiqə qazanıb.
Trend-in məlumatına görə, finala vəsiqə qazanmış 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirib.
"Bacardığımız qədər finalda yüksək yer tutacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Birinci yerə çıxmaq üçün yüksək şansımız var", - "Eurovision 2012"-nin finalına vəsiqə qazanan Moldova təmsilçisi Paşa Parfeni deyib.
Mətbuat konfransındakı püşkatmanın nəticəsinə əsasən, Moldova təmsilçisi finalda 26-cı yerdə çıxış edəcək.