...

"Bakı Kristal Zalı"nda "Eurovision 2012"-nin finalının məşqləri keçirilir

Eurovision-2012 Materials 25 May 2012 20:07 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin finalında iştirak edən 26 ölkə təmsilçisi "Bakı Kristal Zalı" səhnəsində final şousuna hazırlaşır.
"Bakı Kristal Zalı"nda "Eurovision 2012"-nin finalının məşqləri keçirilir

Azərbaycan, Bakı, 26 may /Trend/

"Eurovision 2012" mahnı müsabiqəsinin finalında iştirak edən 26 ölkə təmsilçisi "Bakı Kristal Zalı" səhnəsində final şousuna hazırlaşır.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, iki yarımfinal mərhələlərindən finala vəsiqə qazanmış 20 ifaçı, o cümlədən birbaşa finalda iştirak edən 6 ölkə təmsilçisi bu gün saat 17:30-dan başlayaraq səhnə geyimlərində məşqlər edir.

Qeyd edək ki, bu gün saat 00:00-da "Bakı Kristal Zalı"nda müsabiqənin "Jüri finalı" keçiriləcək. Təmsilçilərin bugünkü performansları əsasında "Eurovision 2012" mahnı müsabiqəsində iştirak edən 42 ölkənin münsifləri səs verəcək.

Sabah keçiriləcək canlı şou zamanı isə tamaşaçılar səsverməyə qatılacaq. Bu səsvermələrin nəticəsində mayın 26-da "Eurovision 2012" mahnı müsabiqəsinin qalibi müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti