...

Iranın daxili işlər naziri istefa verib

Dünya xəbərləri Materials 10 Aprel 2008 11:23 (UTC +04:00)
Iranın daxili işlər naziri istefa verib

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir D.Xatınoğlu/ Iranda daxili işlər naziri Mustafa Purməhəmmədi aprelin 10-da istefa verib. İRNA agentliyi xəbər verir ki, bu barədə hökumət sözçüsü Qulamhüseyn İlham çərşənbə günü bildirib.

Bu, son bir həftə ərzində İran hökumətində yüksək səviyyəli məmurun ikinsi istefasıdır.

Aprelin 8-də ölkənin maliyyə naziri Davud Danişcəfəri də istefa vermib.

Aprelin 8-də İlham nazirlərin dəyişiləcəyinə dair mətbuatda yayılan xəbərləri təkzib edib. O, bu növ məlumatları "hökumətin iqtisadi planlarına qarşı təxribat ssenarisi" adlandırsa da, çərşənbə günü məmurların istefasını rəsmən təsdiq edib. Hökumət sözçüsü nazirlərin istefasını sabitliyin pozulması kimi qiymətləndirməyib.

Mahmud Əhmədinejadın üç illik prezidentlik dövründə İranda neft, sənaye, təhsil, sosial müdafiə və rifah nazirləri istefa verərək, işdən uzaqlaşıb, yaxud uzaqlaşdırılıblar. Həmçinin, bu dövrdə

İranın Mərkəzi Bankının, Təhlükəsizlik Şurasının, İdarəetmə və Proqramlaşdırılma Təşkilatının və sair hökumət qurumların rəhbərləri də işdən uzaqlaşdırılıblar.

Yerli mətbuatda İranın XİN rəhbəri Mənuçehr Müttəkinin də istefa verəcəyi barədə məlumatlar var, lakin rəsmi Tehran bu məlumatı "şayiə" adlandırır.

Xəbər lenti

Xəbər lenti