...

Aİ İrlandiyanı Lissabon müqaviləsini təsdiq etməyə məcbur etməyəcək

Dünya xəbərləri Materials 28 İyul 2008 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul/ Trend müxbir E.Tariverdiyeva/ Avropa İttifaqı İrlandiyanı Lissabon müqaviləsini təsdiq etməyə "inandırmaq" üçün sanskiyalar tətbiq etməyəcək. Müqavilə Avropa İttifaqının Konstitusiyasını əvəzləməlidir.

"Bir təşkilat kimi, Avropa İttifaqı, üzvlərinin İrlandiyanın yaratdığı hazırki vəziyyətdən narazı ola biləcəklərinə baxmayaraq, sanksiyalar tətbiq etməyəcək", - britaniyalı ekspert Maykl Holms (Michael Holmes) hesab edir.

İrlandiya Lissabon müqaviləsinin təsdiqi haqqında məsələni referenduma çıxaran yeganə ölkə olub. Nəticədə, iyunun 12-də İrlandiya əhalisinin 50%-dən çoxu "əleyhinə" səs verib. Belə ki, müqavilə qüvvəyə mindiyi halda, bu ölkə Konstitusiyaya dəyişikliklər etməliydi.

Columbia University School-un İrlandiya üzrə ixtisaslaşan professoru Siamus O'Kleyrakeyn də (Seamus O'Cleireacain) Aİ-nin İrlandiyaya qarşı sanksiyalar tətbiq edəcəyi ehtimalının az olduğunu hesab edir. O əmindir ki, Aİ, ilk növbədə, demokratik təsisat kimi ,öz adın heç zaman xələl gətirməyəcək.

Britaniyalı ekspert Holms da hesab edir ki, hüquqi planda İrlandiyanı Lissabon müqaviləsini təsdiqləməyə məcbur edəcək heç bir sanksiya yoxdur. "Siyasi planda isə, sanksiyalar göstərir ki, gələcəkdə Aİ ölkələri İrlandiya ilə danışıqlarda daha az xoşməramlılıq nümayiş etdirəcəklər", - Liverpool Hope University-nin professoru bazar ertəsi elektron poçtla Trend -a bildirib.

"Hüquqi baxımdan Lissabon müqaviləsi bu şəkildə təsdiqlənə bilməz və siyasi baxımdan Aİ üçün bunu etmək böyük risk olardı", - ekspert hesab edir.

Holmsun rəyinə görə, Aİ - də çoxları sanksiyalardan istifadə edə bilərdilər;İrlandiya seçicilərin Aİ-nin iş istiqamətlərindən narahat olduqları yeganə ölkə deyil.

O'Kleyrakeyn də bu fikirdədir. Onun sözlərinə görə, Aİ-nin İrlandiyaya qarşı sanksiyaları onun daxilində ittifaq və demokratiya prinsiplərinə etibarı pozacaq.

Ekspertlər İrlandiyanın müqaviləni təsdiqləməkdən imtina etməsinin obyektiv səbəblərini görürlər. "İrlandiyanın Lissabon müqaviləsinə "Yox" deməsinin əsas arqumentlərindən biri Aİ-nin kiçik ölkələrə əhəmiyyət verməməsidir", - Holms söyləyib.

Bəzi Avropa siyasətçilərinin təklif etdiyi kimi, müqaviləni İrlandiyanın iştirakı olmadan təsdiqləmək mümkün deyil. Holmsun sözlərinə görə, İrlandiyanın razılığı olmadan, Lissabon müqaviləsi nə indi, nə də gələcəkdə təsdiqlənə bilər.

O'Kleyrakeyn güman edir ki, bunun əvəzində qərarlar müvəqqəti olaraq Nitsada bağlanmış müqavilə çərçivəsində qəbul ediləcək. "Ola bilsin ki, gələcəkdə hazırki hökumətin yerinə Aİ ilə kompromisə hazır bir başqası gələcək, lakin bu, tezliklə baş verməyəcək", - O'Kleyrakeyn bazar ertəsi elektron poçtla Trend -a bildirib. Onun sözlərinə görə, hələ ki, İrlandiyanın razılığı olmadan müqavilənin təsdiqlənməsi mümkün deyil.

"Müqavilələr bütün üzv dövlətlər tərəfindən təsdiqlənməlidir. Aİ-yə üzv hər bir dövlət bu məsələni necə həll edəcəyini - təsdiqləyəcəyini və ya təsdiqləməyəcəyini özü seçə bilər", - O'Kleyrakeyn bildirib.

Xəbər lenti

Xəbər lenti