...

Gürcüstan tərəfi gecə ərzində Rusiyanın üç hücum təyyarəsini vurub

Dünya xəbərləri Materials 9 Avqust 2008 11:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Ötən gecə ərzində Gürcüstanın Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın daha üç hücum təyyarəsini vurub. Bu barədə şənbə günü jurnalistlərə Gürcüstan müdafiə nazirinin müavini Batu Kuteliya məlumat verib.

Onun sözlərinə görə, bu Tsxinvali regionunda baş verib.

Ümumilikdə, iki gün ərzində Gürcüstanın müxtəlif regionlarının bombardmanı zamanı altı rus hərbi təyyarəsi vurulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti