...

Avropa təkcə özü xeyirxah olmamalı, həm də bu xeyirxahlığı qorumağı bacarmalıdır - Gürcüstan prezidenti

Dünya xəbərləri Materials 1 Sentyabr 2008 12:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Grcüstan Avropadan ölkənin ərazi bütövlüyünün birmənalı dəstəkləməsini gözləyir. Bu barədə dünən Gürcüstan prezidenti xalqa müraciətində deyib.

Onun sözlərinə görə, ABŞ və bütün qabaqcıl ictimaiyyət düşünmədən Gürcüstanı dəstəkləyib.

"Mən bilirəm ki, böyük fəlakətə qarşı proses yerindən tərpənib və bu hərəkət asan və tez olmayacaq, lakin bu proses yerindən tərpənib və hamı görməlidir ki, yarısı işğal olunmuş ölkə fəlakətə məğlub olmayacaq. Avropa təkcə özü xeyirxah olmamalı, həm də bu xeyirxahlığı qorumağı bacarmalıdır. Bu, mənəviyyatsızlıq və böyük bəla üzərində mənəviyyat və əxlaqın qələbəsi olmalıdır", - prezident deyib. 

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti