İçərisində 150 nəfər olan Türkiyə bərəsi Mərmərə dənizində batıb. Bu barədə bazar ertəsi "Assoşieyted Press" agentliyi xəbər verib.
Bir nəfərin öldüyü, təqribən 70 nəfərin xilas edildiyi bildirilir.
İstanbula 73 yük avtomobili daşıyan "Hayat N" bərəsi Bandırm limanından ayrılan kimi batmağa başlayıb.
Yerli hakimiyyətin verdiyi məlumata görə, təqribən 70 nəfər, həmçinin 28 nəfər ekipaj üzvünü xilas etmək mümkün olub. 25 nəfər Bandırm xəstəxanasına çatdırılıb.
RİA Novosti -nin verdiyi xəbərə görə, hazırda xilasedicilər komandası suda qalan insanların axtarışını aparır.