İsrail, Qüds, 02 oktyabr/ Trend , müxbir A.Qut/ Rəsmi Dəməşq yeni nüvə reaktorunun tikintisinə başlayıb, -Aş şharq Al-Avsat ərəb qəzeti cümə axşamı İsrail mənbələrindən daxil olan informasiyaya istinadən xəbər verib.
Xarici mənbələrə əsasən, İsrail Suriyanın obyektinə hava hücumu həyata keçirdikdən sonra, Dəməşq reaktoru başqa yerdə tikmək qərarına gəlib və Tehrandan nümunə götürərək, ölkə üzrə bir neçə nüvə obyekti cəmləşdirib.
Hazırda müasir beynəlxalq münasibətlərdə Suriyanın Tehranla əlaqələri daha sıxdır. ondan asılıdır.İran rejimi Dəməşqin regionda yeganə real hərbi geosiyasi dayağı və ABŞ Suriyaya zərbə endirdirərsə, amerikalılarla münaqişəyə girəcək yeganə ölkədir. Suriya 1963-cü ildən 144 dövlətin imzaladığı Nüvə Silahının Yayılmaması haqqında Müqavilədə iştirak edir və BMT tərəfindən daimi yoxlamalardan keçən kiçik bir tədqiqat reaktoru var. Uzun illər Suriyanın nüvə işləmələri Dəməşq hakimiyyəti üçün prioritet olmayıb. O illərdə İsraildə güman edirdilər ki, Suriya bomba hazırlamaq istəmir və ya onu hazırlaya bilməyəcəyi ilə barışıb.
Xarici kəşfiyyatın məlumatlarına əsasən, bir neçə səbəb tendensiyanın dəyişməsinə gətirib. Bu səbəblər arasında Suriyada hakimiyyətin dəyişməsi də var - oğul Əsədin konsepsiyasına əsasən, Suriyanın atom bombasınin alternativi yoxdur. Bəşər Əsədin İran və "Hizbullah" ilə yaxınlaşması, həmçinin, Tehranın maliyyə yardımı da öz rolunu oynayıb. 2001-ci ildə Şimali Koreyanın nüvə mərkəzləri üçün yardımçı avadanlıq tədarük edən bir Avropa şirkəti Suriya ilə "elektrik stansiyaları üçün üç güc aqreqatının tədarükünə dair" 17 mln. dollar məbləğində analoji saziş bağlayıb. Saziş imzalandıqdan bir il sonra kosmodan çəkilən şəkillərdə Dir əz-Zara rayonunda qəribə obyektlərin tikintisi miqyasları açıq şəkildə görünürdü. Sonradan məlum olub ki, Suriyanın Müdafiə Nazirliyinin xüsusi hissələri də layihədə iştirak ediblər.
Peyklər aşkar ediblər ki, suriyalılar Dir əz-Zardakı mərkəzin ətrafına böyük həcmdə beton döşəyirlər. 2007-ci il sentyabrın 6-da gecə İsrailin yeddi təyyarəsi bu obyekti bombalayıb. Suriyalılar sarsılmışdılar, onların hava hücumundan müdafiələri təyyarələr raketləri buraxdıqdan sonra həyəcan qaldırmışdı ki, bu da hansısa tədbirlərin görülməsini qeyri - mümkün etmişdi. Peyk şəkilləri göstərib ki, hava hücumundan sonra suriyalılar bombardmanın bütün izlərini yığışdırıblar. Onlar hətta İsrail təyyarələrinin boş yeri bombaladıqlarını göstərmək üçün jurnalistlər də dəvət etmişdilər. Bu təhqirin Əsədi qəti hərəkətlərə məcbur edəcəyindən ehtiyat edən rəsmi Qüds uzun müddət və inadla susurdu. Lakin Ankaranın vasitəçiliyi ilə İsrail və Suriya yalnız müraciətlər mübadiləsini həyata keçiriblər.
Aş -şharq Al-Avsat qəzetinin yazdığına görə, israilli mənbələr guya son ildə reaktorun tikintisinə yol verməyəcək İsrailinin mövqeyini qəti surətdə izah edən hadisələrin baş verdiyinə işarə ediblər: Dir əz-Zara hava hücumu, Suriyanın nüvə layihəsinə görə cavabdeh olan general Məhəmməd Süleymanın aradan götürülməsi, Şimali Koreya ilə danışıqlar, həmçinin, ötən şənbə Dəməşqdə minalanmış avtomobil partladılması.
Qüdsdə hələ ki müharibənin olmayacağını düşünürlər və hətta Ankaranın vasitəçiliyi və diplomatik dəstəyi ilə Colan yüksəklikləri ilə bağlı birbaşa olmayan danışıqlar keçiriblər. Buna baxmayaraq, Yaxın Şərq regionunda sakitlik həmişə aldadıcıdır.