...

Astanada Qazaxıstan-İran hökumətlərarası komissiyasının növbəti toplantısı keçiriləcək

Dünya xəbərləri Materials 14 Oktyabr 2008 01:31 (UTC +04:00)

Qazaxıstan, Almatı, 14 oktyabr / Trend müxbir R.Məşədihəsənli/ 15-17 oktyabr tarixlərində Astanada iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qazaxıstan-İran hökumətlərarası komissiyasının sayca onuncu iclası keçiriləcək. Komissiyaya Qazaxıstan tərəfindən bu ölkənin nəqliyyat naziri Serik Axmetov, İran tərəfindən isə XİN rəhbəri Manuçer Mottaki sədrlik edəcək. Xəbəri Qazaxıstanın XİN-i yayıb.

İclasda iqtisadi-ticarət və investisiya əməkdaşlığı, sənaye, energetika, kənd təsərrüfatı və digər sahələrdəki qarşılıqlı fəaliyyət müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti