...

Əfqanıstanın Baqdis əyalətində baş verən toqquşmada üç qiyamçı öldürülüb, ikisi yaralanıb

Dünya xəbərləri Materials 23 Oktyabr 2008 16:17 (UTC +04:00)

Əfqanıstan, Kabil, 23 oktyabr/ Trend , müxbir A.Hakimi/ Baqdis əyalətində Taliban hərəkatının nümayəndələri ilə əfqan ordusu qüvvələri arasında baş verən toqquşmada üç qiyamçı öldürülüb, ikisi yaralanıb.

"Koalisiya qoşunları və əfqan ordusunun silah karvanını müşayiət edən konvoy Bala Murqab dairəsindən keçərkən taliblərin hücumuna məruz qalıb", - deyə qubernatorun müavini Abdul Qani Sabir bildirib.

Koalisiya və əfqan qüvələri arasında zərər çəkən yoxdur.

"Taliban" bu məsələ ilə bağlı münasibət bildirməyib.

Bu, taliblərin koalisiya qoşunları və əfqan silahlı qüvvələrinə həftə ərzində ikinci hücumudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti