...

ABŞ hakimiyyəti Barak Obamaya qarşı suiqəsdin qarşısını alıb

Dünya xəbərləri Materials 28 Oktyabr 2008 06:31 (UTC +04:00)
ABŞ hakimiyyəti Barak Obamaya qarşı suiqəsdin qarşısını alıb

ABŞ hakimiyyəti keçən cümə günü Tenessiya ştatından 20 yaşlı Deniel Kovarta və Arkanzas ştatından Pol Şlesselmana qarşı senator-demokrat, ABŞ prezidentliyə namizəd Barak Obamaya qarşı suiqəsdin hazırlanması maddəsi ilə ittaham irəli sürüblər, Ey-bi-si telekanalı xəbər verib.

Kovart və Şlesselman oktyabrın 22-də həbs olunmuşdular.

Bazar ertəsi günü hər ikisi Memfisdə məhkəmə binasına gətirilmilər və oktyabrın 30-da onların həbsi barədə qərar qəbul ediləcək.

Kovart və Şlesselman silah satılan dükanı yararaq, afroamerikalıların oxuduqları məktəblərin birinin şagirdlərini öldürməyi planlaşdırırdılar, sonra isə Obamaya qarşı suiqəsd planlaşdırırdılar.

Kovart və Şlesselman İnternet vasitəsilə sentyabr ayında tanış olmuşlar və skinxedlərə aiddirlər.

Xəbər lenti

Xəbər lenti