Türkiyə, Ankara, 02 dekabr/ Trend , müxbir A.Ələsgərov/ Şri - Lanka prezidenti Mahinda Racapaks rəsmi səfərlə Türkiyəyə gəlib. Bu günə Racapaksın dövlət başçısı Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin (TBMM) başqanı Göksal Toptanla görüşü planlaşdırılıb. "Hürriyet Deyli Nyus"un verdiyi xəbərə görə, sabah Şri-Lanka prezidenti İstanbula gedəcək və buarada Türkiyə sahibkarları, müdafiə sənayesinin nümayəndələri ilə görüşəcək.