...

Çexiya əhalisinin 2/3 hissəsi hələ də ABŞ-müdafiə radarlarının yerləşdirilməsinə qarşı çıxış edir

Dünya xəbərləri Materials 17 Yanvar 2009 08:49 (UTC +04:00)

Çexlərin 2/3 hissəsi hələ də ABŞ-nın raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə qarşıdır. Bu barədə cümə günü Çexiya radiosu məlumat verib. Çexiya Respublikası vətəndaşlarının əksəryyəti ABŞ-nın hava hücumundan müdafiə radarlarının Çexiya ərazisində yerləşdirilməsi layihəsinə qarşı antipatiyası azalmaq bilmir. Digər tərəfdən, məlumatda onların yerləşdirilməsinin tərəfdarlarının sayının artmadığı da bilidirilir. Məlumatda qeyd olunur ki, bu məqsədlə keçən ilin dekabr ayında keçirilən rəy sorğusunun nəticələrinə görə, əhalinin 2/3 hissəsi sözügedən radarların ölkə ərazisində yerləşdirilməsi ilə razı deyil. Bundan əlavə, respodentlərin 2/3-dən çoxu bu məsələ ilə bağlı referendumun keçirilməsi təklifini irəli sürür.

Xəbər lenti

Xəbər lenti