...

Gürcüstanın Baş nazir postuna təqdim olunan Nika Qilauri kadr dəyişiklikləri həyata keçirmək niyyətində deyil

Dünya xəbərləri Materials 31 Yanvar 2009 11:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Baş nazir postuna təqdim olunan Nika Qilauri Nazirlər Kabinetində kadr dəyişiklikləri həyata keçirmək niyyətində deyil. "Kadr dəyişiklikləri olmayacaq, əlaqələndirmə dəyişdiriləcək",- deyə o bildirib.

Qilauri parlament tərəfindən yeni posta təsdiq ediləcəyinə ümid etdiyini bildirib. "Düşünürəm ki, parlament bizi dəstəkləyəcək", - deyə jurnalistlərə Qilauri bildirib.

O, prezidentdən sığorta sistemi üzrə islahatların aparılmasına dair ilk tapşırığını aldığını  qeyd edib. "Mən bu sahə üzrə öz təkliflərimi hazırlamaq niyyətindəyəm və biz bu sahədə mütləq nəticə əldə edəcəyik", - deyə Qilauri vurğulayıb.

O, cəzaların icrası  və probasiya naziri, infrastruktur və regional idarəçilik üzrə nazir postuna kimlərin təyin olunacağını açıqlamayıb. 

Qeyri-rəsmi məlumatlara görə, təsdiq üçün bu postlara daxili işlər nazirinin hazırkı müavini Eka Zquladze və dövlət naziri David Tkelaşvili təqdim olunacaqlar.

Xəbər lenti

Xəbər lenti