...

ABŞ-da kosmosda toqquşan peyklərin qalıqlarının düşdüyü müşahidə olunur

Dünya xəbərləri Materials 16 Fevral 2009 03:34 (UTC +04:00)
ABŞ-da kosmosda toqquşan peyklərin qalıqlarının düşdüyü müşahidə olunur

ABŞ-ın Mülki Aviasiya üzrə Federal İdarəsi Texas ştatında göydən düşən qırıntılar haqda çoxsaylı məlumatlar alıb. Güman olunur ki, bu, ötən çərşənbə axşamı kosmosda toqquşan iki peykin qalıqlarıdır. Bu haqda RİA Novosti Assoşieyted Press agentliyinə istinadən xəbər yayıb.

Bəzi insanlar bazar günü səhər səmada yanan şara bənzəyən obyekti müşahidə etdiklərini bildiriblər.

İdarənin nümayəndəsi Roland Xerviqin (Roland Herwig) sözlərinə görə, bəzi mütəxəssislər bu qırıntıların fevralın 10-da toqquşan ABŞ və Rusiyaya məxsus rabitə peyklərinin qalıqlarının olduğunu düşünürlər. Lakin hələlik bu informasiya təsdiqini tapmayıb.

Xəbər lenti

Xəbər lenti