...

Azərbaycanın Ankaradakı səfiri Türkiyənin dövlət naziri tərəfindən qəbul olunub

Dünya xəbərləri Materials 2 Mart 2009 15:52 (UTC +04:00)

Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov Türkiyənin Avropa İttifaqı ilə danışıqlar üzrə dövlət naziri Egemen Bağış tərəfindən qəbul olunub. Bu barədə Türkiyənin "Timeturk" informasiya agentliyi məlumat verib.

Görüşdə Bağış, Türkiyənin Avropa İttifaqına üzvlük yolunda irəliləməsini Türk dünyası və regiondakı bütün millətlər üçün əhəmiyyətli olduğunu vurğulayıb. Həşimov da öz növbəsində iki ölkə arasındakı "bir millət-iki dövlət" anlayışına heç kimin zərər verə bilməyəcəyini və Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzv olmasını arzu etdiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti