...

PKK terrorçularına qarşı hər kəs əlindən gələni etməlidir - Türkiyə prezidenti

Dünya xəbərləri Materials 23 Mart 2009 17:57 (UTC +04:00)
PKK terrorçularına qarşı hər kəs əlindən gələni etməlidir - Türkiyə prezidenti

İraqa rəsmi səfər edən Türkiyə prezidenti Abdullah Gül təyyarədə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, PKK terror təşkilatına qarşı hər kəsin əlindən gələni etməsi vacibdir. Bu haqda Türkiyənin TRT telekanalı məlumat verib.

"PKK terror təşkilatına qarşı hamı əlindən gələni etməlidir. İraqa səfərim bu ölkəni hər vasitə ilə dəstəkləməyimə bir nümunədir" - deyə Türkiyə prezidenti Gül bildirib.

Gül onu da qeyd edib ki, aprel ayında İraqın şimalındakı Ərbil şəhərində Kürd konfransının keçirilməsi PKK terror təşkilatına qarşı atılan uğurlu addımlardan biridir.

"PKK terror təşkilatına qarşı mübarizədə İraqın şimalındakı Kürd Administrasiyasının üzərinə böyük məsuliyyət düşür", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti