...

İordaniya Kralı Vaşinqtonda ABŞ Prezidenti ilə görüşəcək

Dünya xəbərləri Materials 21 Aprel 2009 16:48 (UTC +04:00)

İordaniya Kralı II Abdulla aprelin 21-də Ağ Evdə ABŞ Prezidenti Barak Obama ilə görüşəcək. Məlumatı "Əş-Şərq Əl-Ausət" ərəb qəzeti İordaniya Kralının mətbuat xidmətinə istinadən yayıb.

Bu, ərəb ölkəsi liderinin Obama prezident olduqdan sonra ABŞ-a ilk səfəridir. Müzakirələrin əsas mövzusu Fələstin-İsrail sülhünün gələcək perspektivləri olacaq.

Apreldə İordaniya Kralının Ərəb ölkələri XİN rəhbərləri ilə görüşündə "ərəb sülh təşəbbüsünün Yaxın Şərq münaqişəsinin həlli istiqamətində ABŞ-la əməkdaşlıqda vahid mövqe kimi irəli sürülməsi" qərara alınıb.

Ərəb Dövlətləri Liqası (ƏDL) tərəfindən 2002-ci ildəki sammitdə bəyənilmiş "ərəb sülh təşəbbüsü" Ərəb dövlətlərinin, Təl-Əvivin 1967-ci il müharibəsi nəticəsində işğal etdiyi torpaqların azad olunması və Fələstin qaçqınlarını probleminin həll olunması müqabilində İsraillə əlaqələrinin normallaşmasını nəzərdə tutur.

Obama II Abdulla ilə "ərəb təşəbbüsü"nün yerinə yetirilməsi və digər məsələlər üzrə ikitərəfli əməkdaşlığın yollarını müzakirə edəcək. RİA Novosti məlumat verir.

ABŞ Prezidenti ilə görüşdən əvvəl İordaniya Kralı ərəb, yəhudi və Amerika təşkilatları nümayəndələri ilə görüş keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti