Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Əbu Qeyt Moskvaya səfəri zamanı rusiyalı həmkarı ilə keçirdiyi görüşdə ölkəsinin Rusiya ilə əlaqələrini daha da genişləndirmək istəyində olduğunu bildirib. Bu haqda VESTİ telekanalı məlumat verib.
"Misir ilə Rusiya strateji müttəfiqdirlər. Biz əlaqələrimizin bundan sonra daha da möhkəmlənməsini istəyirik", - deyə Əbu Qeyt bildirib.
Misirin xarici işlər naziri Moskvaya səfəri çərçivəsində Yaxın Şərqdəki vəziyyəti də müzakirə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]