...

Əfqanıstanda prezident seçkiləri başlayıb

Dünya xəbərləri Materials 20 Avqust 2009 08:00 (UTC +04:00)
Əfqanıstanda prezident seçkiləri başlayıb. 29 milyonluq Əfqanıstan əhalisinin 17 milyon nəfəri səsvermə hüququna malikdir. 2001-ci ildə ABŞ-ın Əfqanıstanda hərbi əməliyyata başlamasından sonra bu seçkilər sayca ikinci olacaq. 2004-cü ildə keçirilən prezident seçkilərində Həmid Kərzayi 55 faiz səs toplamaqla qalib gəlmişdi.
Əfqanıstanda prezident seçkiləri başlayıb

Bakı, Azərbaycan, 20 avqust / Trend /

Əfqanıstanda prezident seçkiləri başlayıb. 29 milyonluq Əfqanıstan əhalisinin 17 milyon nəfəri səsvermə hüququna malikdir. 2001-ci ildə ABŞ-ın Əfqanıstanda hərbi əməliyyata başlamasından sonra bu seçkilər sayca ikinci olacaq. 2004-cü ildə keçirilən prezident seçkilərində Həmid Kərzayi 55 faiz səs toplamaqla qalib gəlmişdi.

Bu prezident seçkilərində Kərzayinin əsas rəqibləri sabiq xarici işlər naziri Abdulla Abdulla və sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzidir. Ölkənin cənub regionlarında taliblərin aktiv fəaliyyətini nəzərə alsaq, əhalinin seçkilərdəki iştirakının yüksək olmayacağı gözlənilir.

Əfqanıstan rəhbərliyi seçkilər günündə xüsusi təhlükəsizlik tədbirləri görür. Hökumət ölkədəki durumu gərginləşdirməmək və əhalini qorxutmağın qarşısını almaq məqsədilə KİV-dən seçkilər günü zorakılıq aktları ilə bağlı informasiyaları yaymamağı xahiş edir. Beynəlxalq təşkilatların 76 nümayəndəsi prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti