...

Əfqanıstanda təhlükəsizlik tam təmin edilib - Müdafiə Nazirliyinin rəsmisi

Dünya xəbərləri Materials 20 Avqust 2009 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir: D.Xatınoğlu /

Əfqanıstan Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, prezident seçkiləri ilə bağlı ölkədə Taliban tərəfindən törədilə bilən terror aktlarına qarşı xüsusi tədbirlər görülüb, seçicilərin təhlükəsizliyi tam təmin edilib.

BBC-nin avqustun 20-də yaydığı məlumata əsasən, prezident seçkilərinin başlanması ilə eyni vaxtda Taliban yeddi terror aktı həyata keçirib. Taliban sözçülərindən biri BBC-yə bildirib ki, Kunduz əyalətində Taliban əyalətin polis rəhbərini qətlə yetirib və daha üç polis nəfərini yaralayıb.

Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi, general Zahir Əzimi Trend -a bildirib ki, bu gün prezident seçkilərində seçicilərin təhlükəsizliyini təmin etməyə nail ola biliblər. "Bu gün Taliban tərəfindən zibil qutularında bir neçə səs bombasının partladılmasına baxmayaraq, narahatlığa heç bir səbəb yoxdur. Zabul əyalətində isə talib komikadze özünü partlatsa da, xəsarət alan yoxdur", - deyən general Əzimi əlavə edib ki, ölkədə təhlükəsizlik gözləniləndən də artıq təmin olunub.

Əzimi cümə axşamı telefonla Kabildən bildirib ki, bu gün Pektiya əyalətində iki talib partlayış törətmək istərkən polis tərəfindən məhv edilib. Onun sözlərinə görə, hazırda təhlükəsizliklə bağlı vəziyyət normaldır və xalq seçkilərdə fəal iştirak edir.

Əfqanıstanda prezident seçkiləri avqustun 20-də yerli vaxtla səhər saat  07:00-da başlayıb. Prezident Həmid Kərzai və onun əsas rəqibləri səsvermədə iştirak etdikdən sonra xalqı seçkilərdə daha fəal olmağa çağırıblar.

Xəbər lenti

Xəbər lenti