...

Dağlıq Qarabaq problemi həll edilmədən Türkiyə - Ermənistan əlaqələrində ciddi irəliləyiş gözləmək olmaz - Türkiyənin Baş Naziri

Dünya xəbərləri Materials 11 Oktyabr 2009 15:58 (UTC +04:00)

Türkiyənin Baş Naziri Rəcəp Tayyip Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda ölkəsi ilə Ermənistan arasında protokolun imzalanmasına müsibət bildirərək , Dağlıq Qarabağ problemi həll edilmədən Türkiyə - Ermənistan əlaqələrində ciddi irəliləyiş gözləməyin mümkün olmadığını bildirib.

"Dağlıq Qarabaq problemi həll edilmədən Türkiyə - Ermənistan əlaqələrində ciddi irəliləyiş gözləmək olmaz " - deyə Erdoğan bildirib.

Baş Nazir onu da qeyd edib ki, Azərbaycana verdiyi sözun arxasındadır.

"Ermənistan beynəlxalq hüquq normalarına riayət etməlidir"- deyə o qeyd edib.

Baş Nazirin sözlərinə görə Türkiyə bu vaxta qədər Ermənistana xeyli güzəştlər edib.

" Ermənistan-Azərbaycan probleminin həlli Türkiyə Ermənistan əlaqələrinin yaxşılaşmasına xidmət edə bilər" - deyə qeyd edib.

Ərdoğan onu da qeyd edib ki, Ankara - Yerevan protokolunda son söz ölkə parlamentinin olacaq.

Xəbər lenti

Xəbər lenti