...

İranın XIN rəhbəri Küveyt və Səudiyyə Ərəbistanına səfər edəcək

Dünya xəbərləri Materials 3 Noyabr 2009 15:15 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki Küveytə səfər edib. Müttəki Küveytə səfəri zamanı bu ölkənin kralı Şeyx Səbah əl-Əhməd əl-Cabir əl-Səbbah ilə görüşəcək.
İranın XIN rəhbəri Küveyt və Səudiyyə Ərəbistanına səfər edəcək

İranın xarici işlər naziri Mənuçöhr Müttəki Küveytə səfər edib. Müttəki Küveytə səfəri zamanı bu ölkənin kralı Şeyx Səbah əl-Əhməd əl-Cabir əl-Səbbah ilə görüşəcək. Bu barədə İLNA xəbər agentliyi məlumat verib.

Noyabrın 3-də Küveytə bir günlük səfərindən sonra İranın XİN rəhbəri Səudiyyə Ərəbistanına səfər edəcək.

İran və Səudiyyə Ərəbistanı rəsmiləri Həcc mərasimi və iranlı zəvvarların Həcc mövsümündəki problemləri barədə danışacaqlar. İki gün bundan əvvəl rəsmi Ər-Riyad İrandan Həcc mərasimini siyasiləşdirməməyi tələb edib. İLNA agentliyinin məlumatına əsasən, Müttəki həmçinin keçən ay Səudiyyə Ərəbistanında itkin düşmüş iranlı nüvə alimi Şəhram Əmirinin taleyi və axtarışları barədə söhbət aparacaq.

İran iddia edir ki, Əmiri ABŞ kəşfiyyatı tərəfindən Səudiyyə Ərəbistanında Ümrə Həcc ziyarəti zamanı oğurlanıb.

Xəbər lenti

Xəbər lenti