...

Əfqanıstana xaricdən gələn maliyyə yardımları xarici şirkətlər tərəfindən mənimsənilir - parlament nümayəndəsi

Dünya xəbərləri Materials 4 Noyabr 2009 09:02 (UTC +04:00)
Əfqanıstan Parlamentinin Ədliyyə, idarələrdə islahat və korrupsiya ilə mübarizə komissiyasının sədr müavini Moləvi Gül Əhməd bildirib ki, ölkəyə gələn beynəlxalq maliyyə yardımları ölkədə fəaliyyət göstərən xarici şirkətlər və QHT-lər tərəfindən mənimsənilir.
Əfqanıstana xaricdən gələn maliyyə yardımları xarici şirkətlər tərəfindən mənimsənilir - parlament nümayəndəsi

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir D.Xatınoğlu/

Əfqanıstan Parlamentinin Ədliyyə, idarələrdə islahat və korrupsiya ilə mübarizə komissiyasının sədr müavini Moləvi Gül Əhməd bildirib ki, ölkəyə gələn beynəlxalq maliyyə yardımları ölkədə fəaliyyət göstərən xarici şirkətlər və QHT-lər tərəfindən mənimsənilir.

Gül Əhməd Trend -a telefonla Kabildən bildirib ki, beynəlxalq yardımların böyük hissəsi əfqan xalqına çatmır.

Trend -un arayışı: 2001-ci ildə ABŞ-ın hücum etməsi nəticəsində Əfqanıstanda hakimiyyətdə olan taliblərin devrilməsindən sonra, beynəlxalq təşkilatlar və dövlətlər Əfqanıstana bir neçə milyard dollar maliyyə yardım edib. 2002-ci ildən etibarən təkcə ABŞ Əfqanıstana 34 milyard dollar maliyyə yardım edib. Buna baxmayaraq, BMT-nin son hesabatına əsasən əhalinin yaşayış səviyyəsinə görə Əfqanıstan 178 ölkə arasında 174-cü yeri tutur.

Gül Əhməd çərşənbə axşamı bildirib ki, parlament xarici maliyyə yardımlarına Əfqanıstan hökumətinin bilavasitə nəzarət etməsi ilə bağlı layihə hazırlayır.

Onun sözlərinə görə, bir neçə hökumət və parlament nümayəndəsinin iştirakı ilə yeni bir komissiya yaradılmalıdır və xaricdən gələn maliyyə yardımlarının xərclənməsi və xarici şirkətlərin ölkədəki fəaliyyətlərinə ciddi nəzarət olunmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti