...

Türkiyə İsrail ilə xoş münasibətlər saxlamalıdır - Suriya Prezidenti

Dünya xəbərləri Materials 9 Noyabr 2009 10:50 (UTC +04:00)
Türkiyə Suriyaya kömək etmək istəyirsə o, İsrail ilə xoş münasibətləri dəstəkləməlidir, "Hürriyet" qəzetinə müsahibəsində Suriya Prezidenti Bəşər Əssəd bildirib, The Jerusalem Post xəbər verir.
Türkiyə İsrail ilə xoş münasibətlər saxlamalıdır - Suriya Prezidenti

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir R.Daraxşan /

Türkiyə Suriyaya kömək etmək istəyirsə o, İsrail ilə xoş münasibətlər saxlamalıdır, "Hürriyət" qəzetinə müsahibəsində Suriya Prezidenti Bəşər Əssəd bildirib, "The Jerusalem Post" xəbər verir.

"Ankara səkkiz ay İsrail və Suriya arasındakı dolayı danışıqlarda vasitəçi kimi vacib rol oynayıb", - qəzet Əssədin Qəzza sektorundakı "Ərdilimiş qurğuşun" əməliyyatının başlanılması kimi davam edən sülh danışıqları barədəki sözlərini sitat gətirib.

Bazar günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail Qəzza sektorunda "Əridilmiş qurğuşun" əməliyyatı zamanı Sudanının Darfurda törətdiyi cinayətlərdən daha ağırlarını törədib.

Onun sözlərinə əsasən, Sudan Prezidenti Omar əl-Bəşir ilə dövlət tərəfindən dinc sakinlərin öldürülməsini müzakirə etmək İsrailin Baş naziri Binyamin Netanyahu ilə müzakirə etməkdən daha asandır.

"Mən bunu Netanyahu ilə müzakirə edə bilmərəm, lakin mən bu kimi məsələləri Ömər əl-Bəşir ilə daha asan müzakirə edə bilərəm. Mən onun üzünə "Siz etdikləriniz düzgün deyil" deyə bilərəm", - Ərdoğan qeyd edib.

Xəbər lenti

Xəbər lenti