...

İran Pakistan ərazisini terrorçulardan təmizləməyə hazırdır - iranlı deputat

Dünya xəbərləri Materials 20 Noyabr 2009 12:45 (UTC +04:00)
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvi Məhəmməd Kərim Abidi bildirib ki, İran Pakistanda 230 kilometr ərazini terrorçuların nəzarətindən təmizləməyə hazırdır.
İran Pakistan ərazisini terrorçulardan təmizləməyə hazırdır - iranlı deputat

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvi Məhəmməd Kərim Abidi bildirib ki, İran Pakistanda 230 kilometr ərazini terrorçuların nəzarətindən təmizləməyə hazırdır. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Abidi ötən həftə İranın Pişavərdəki konsulluğunun əməkdaşına qarşı terror aktı törədilməsinə işarə edərək deyib ki, Pakistan Təhlükəsizlik Qüvvələri (I.S.I) Pakistanda təhlükəsizliyi təmin etmək məqsədilə bu hadisəni ciddi araşdırmalıdır.

"Pakistan hökuməti terrorçularla mübarizədə acizdirsə, İran İslam Respublikası Pakistanda 230 kilometrlik ərazini terrorçulardan təmizləməyə hazırdır", - deyə Abidi deyib.

Ötən həftə İranın Pişavərdəki konsulluğunun yerli işçisi qətlə yetirilib. 2008-ci ildə isə İranın Pişavərdəki konsulluğunun iqtisadi işlər şöbəsinin işçisi Hişmətullah Əttarzadə və onun sözçüsü naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qalmışdı. Hadisə nəticəsində sürücü həlak olmuş, iranlı diplomat isə oğurlanmışdı.

Xəbər lenti

Xəbər lenti