...

Türkiyənin Fars körfəzi ölkələrində sarsılmaz mövqeyi var – Səudiyyə Ərəbistanı kralı

Dünya xəbərləri Materials 4 Yanvar 2010 15:19 (UTC +04:00)
"Türkiyə Fars körfəzi ölkələrində sarsılmaz mövqeyə malikdir", -bunu Səudiyyə Ərəbistanı kralı Abdulla Bin Əziz Ər Riyadda rəsmi səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə birgə görüşündə bildirib.
Türkiyənin Fars körfəzi ölkələrində sarsılmaz mövqeyi var – Səudiyyə Ərəbistanı kralı

"Türkiyə Fars körfəzi ölkələrində sarsılmaz mövqeyə malikdir", bunu Səudiyyə Ərəbistanı kralı Abdulla Bin Əziz Ər Riyadda rəsmi səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə birgə görüşündə bildirib.

Fələstin probleminə, Suriya-Livan münasibətlərinə, İraqİran ətrafındakı vəziyyətə dair Türkiyə və regional ölkələrin əməkdaşlığına gəlincə isə Səudiyyə Ərəbistanı kralı Abdulla Bin Əziz Fars körfəzindəki ərəb ölkələrinin Türkiyəyə etibarını bildirib.

Davudoğlu həmçinin görüş zamanı Səudiyyəli həmkarı əmir Saud Feysal ilə hərbi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib, o cümlədən mədəni mübadilə sahəsində iki ölkə əlaqələrinin genişləndirilməsindən danışıb.

Hər iki ölkənin şirkətlərinin fəaliyyəti məsələsinə gəlincə kral Bin Əziz bildirib ki, "Türkiyə şirkətlərinin Səudiyyə Ərəbistanında uğurlu işi bütün Fars körfəzi ölkələri üçün xeyirdir".  

Xəbər lenti

Xəbər lenti