...

İranın Bəm şəhərində zəlzələ baş verib

Dünya xəbərləri Materials 6 Yanvar 2010 11:32 (UTC +04:00)
Ötən gecə İranın Kirman əyalətinin Bəm və Bəravat şəhərlərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.
İranın Bəm şəhərində zəlzələ baş verib

Ötən gecə İranın Kirman əyalətinin Bəm Bəravat şəhərlərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə çərşənbə günü İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 22:24-də baş verdiyini qeyd edib.

Zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələ ki heç bir məlumat yoxdur.

Ümumiyyətlə, İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdi. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.

Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7,7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Zəlzələ nəticəsində 37 min insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 mindən çox insan xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti