...

İran lazer və idarə olunan mərmilərin geniş miqyasda istehsalına başlayacaq - HHQ-nin komandir müavini

Dünya xəbərləri Materials 10 Fevral 2010 14:03 (UTC +04:00)
İranın Hərbi Hava Qüvvələrinin (HHQ) əməliyyatlar üzrə komandir müavini Məhəmməd Ələvi bildirib ki, yaxın gələcəkdə Hərbi Hava Qüvvələri lazer və idarə olunan mərmilərin geniş miqyasda istehsalına başlayacaq. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
İran lazer və idarə olunan mərmilərin geniş miqyasda istehsalına başlayacaq - HHQ-nin komandir müavini

İranın Hərbi Hava Qüvvələrinin (HHQ) əməliyyatlar üzrə komandir müavini Məhəmməd Ələvi bildirib ki, yaxın gələcəkdə Hərbi Hava Qüvvələri lazer və idarə olunan mərmilərin geniş miqyasda istehsalına başlayacaq. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

Ələvi İranın yeni istehsal etdiyi "qalxan balığı" adlı radardan yayına bilən təyyarəsi haqqında bildirib ki, bu təyyarə radardan yayına bilən yeni nəsil təyyarələrdəndir və İranlı mütəxəssislər tərəfindən istehsal olunub. O əlavə edib ki, təyyarənin üzərində müxtəlif sınaqlar müvəffəqiyyətlə sona çatıb və onlar HHQ-də belə bir təyyarənin olmasına sevinir.

O əlavə edib ki, Hərbi Hava Qüvvələri lazer, idarə olunan mərmilər və Stand off Jammer qurğusunun sınaqlarını müvəffəqiyyətlə həyata keçirib . Bu mərmilər yaxın gələcəkdə geniş miqyasda istehsal olunacaq.

Xəbər lenti

Xəbər lenti