İran İslam Respublikasının Milli Təhlükəsizlik Məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili bu gün axşam Çinə rəsmi səfər edəcək. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Məlumata əsasən, Cəlili Çin rəsmiləri ilə iki ölkəni maraqlandıran məsələlər, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər haqda müzakirələr aparacaq.