Özbəkistan, Daşkənd, 4 aprel /Trend, müxbir D.Əzizov/
BMT-nin Baş katibi Pan Gi Mun bazar günü günün ikinci yarısı Daşkəndə gəlib, - bu barədə Özbəkistan XİN-dən məlumat verilib.
Səfər proqramına əsasən, bazar ertəsi o, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin tələbələri qarşısında nitq söyləyəcək və Özbəkistan Prezidenti İslam Kərimovla görüşəcək.
Bundan əlavə, BMT-nin Baş katibi Pan Gi Mun Özbəkistana səfəri zamanı ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) və BMT terrorizmlə mübarizədə əsas diqqətin qarşılıqlı fəaliyyətə ayrılmasını nəzərdə tutan birgə bəyannamə imzalamağı planlaşdırır.