...

İranın Fars əyalətində zəlzələ baş verib

Dünya xəbərləri Materials 6 Avqust 2010 14:02 (UTC +04:00)
Bu gün yerli vaxtla saat 11:29 radələrində İranın Fars əyalətinin Əhl şəhəri yaxınlığında Rexter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.
İranın Fars əyalətində zəlzələ baş verib

Bu gün yerli vaxtla saat 11:29 radələrində İranın Fars əyalətinin Əhl şəhəri yaxınlığında Rexter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı "iribnews" məlumat verib.

Hələlik zəlzələ nəticəsində ölən, yaralananlar və zəlzələnin vurduğu ziyan barədə məlumat yoxdur.

Ötən həftə İranın şimal-şərqində, Türbəti-Heydəriyyə şəhərinin yaxınlığında yerləşən Xorasan Rəzavi vilayətində 5,7 bal gücündə zəlzələ baş verib, 170-dən çox insan xəsarət alıb.

Ümumiyyətlə, İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdi. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.

Xəbər lenti

Xəbər lenti