...

İranın iki sərnişin təyyarəsi İstanbul aeroportunda yerə enməyə məcbur olub

Dünya xəbərləri Materials 26 Avqust 2010 15:52 (UTC +04:00)
Tehran-Düsseldorf (Almaniya) marşrutu üzrə hərəkət edən İranın sərnişin təyyarəsi sol mühərrikin yanması üzündən İstanbul aeroportunda qəzalı vəziyyətdə yerə enib.
İranın iki sərnişin təyyarəsi İstanbul aeroportunda yerə enməyə məcbur olub

Tehran-Düsseldorf (Almaniya) marşrutu üzrə hərəkət edən İranın sərnişin təyyarəsi sol mühərrikin yanması üzündən İstanbul aeroportunda qəzalı vəziyyətdə yerə enib. Bu barədə İranın İstanbuldakı baş konsulu Mahmud Heydəri xəbər verib. Məlumatı İranın "Iribnews" telekanalının rəsmi saytı yayıb.

А-300 təyyarəsində 300 sərnişin və 18 ekipaj üzvü olub.

Təyyarə yerli vaxtla 10:02-də yerə enib.

Tehrandan Stokholma (İsveç) hərəkət edən sərnişin təyyarəsi də texniki qüsurlar səbəbindən İstanbul aeroportunda yerə enməyə məcbur olub.

Verilən məlumatlara görə, ekipaj üzvləri və sərnişinlər xəsarət almayıblar. Texniki qüsur aradan qaldırdıqdan sonra təyyarələr təyin olunmuş marşrut üzrə hərəkətlərini davam etdirəcəklər.

Xəbər lenti

Xəbər lenti