...

Təbriz aeroportunda təyyarə uçuş zolağından çıxıb

Dünya xəbərləri Materials 27 Avqust 2010 14:39 (UTC +04:00)

İranın "Asiman" aviaşirkətinə məxsus "Fokker" tipli sərnişin təyyarəsi ötən gecə Təbriz aeroportunda enərkən uçuş zolağından çıxıb. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, təyyarənin uçuş zolağından çıxmasına səbəb, onun təkərinin partlaması olub. Hadisə nəticəsində ölən yoxdur, sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb və ambulator müayinədən sonra evə buraxılıb.

Xəbər lenti

Xəbər lenti