...

İran vətəndaşı Amerika həbsxanasındakı işgəncələrdən danışıb

Dünya xəbərləri Materials 1 Noyabr 2010 13:34 (UTC +04:00)
2007-ci ildən ABŞ-da həbsdə olan Şəhrzad Mir Gülhan Press TV-yə eksklüziv müsahibəsində Amerika həbsxanasındakı işgəncələr barəsində danışıb. Onun sözlərinə görə Mir Gülhan burada törətmədiyi cinayətə görə cəza çəkir.
İran vətəndaşı Amerika həbsxanasındakı işgəncələrdən danışıb

2007-ci ildən ABŞ-da həbsdə olan Şəhrzad Mir Gülhan Press TV-yə eksklüziv müsahibəsində Amerika həbsxanasındakı işgəncələr barəsində danışıb. Onun sözlərinə görə Mir Gülhan burada törətmədiyi cinayətə görə cəza çəkir.

"ABŞ hökuməti məni dövlət işinə dəvət etmişdi [...]. Onlar hətta mənim üçün bilet də almışdılar [...]. Aeroportda onlar mənim əllərimi qandalladılar, həbsxanaya apardılar və müxtəlif işgəncələr verməyə başladılar", - o deyib.

31 yaşlı Mir Gülhan ABŞ-ın ixrac qanunvericiliyini pozduğuna görə günahkar hesab edilir. ABŞ hökumətinin məlumatına görə, Mir Gülhan və onun keçmiş əri Mahmud Seif İrana ixrac etmək üçün 3500 cütdən artıq gecəgörmə eynəyi əldə etməyə cəhd ediblər.

Məhkəmə araşdırması zamanı prokuror Maykl Valeysa Mir Gülhana 10 il həbs cəzası verilməsini tələb edib və qadının ABŞ-ın milli təhlükəsizliyini hədələdiyini iddia edib.

Mir Gülhan və onun əri ilk dəfə Avstriyada həbs olunublar. Burada ABŞ hökumətinin xəbər verəni silah alverçisi adı ilə onlara gecəgörmə eynəklərinin nümunələrini göstərib. Lakin onlar azad olunaraq İrana qayıdıblar.

ABŞ hökuməti hesab edir ki, Seif İranda qalaraq 2007-ci ilin dekabrında Mir Gülhanla Birləşmiş Ştatlara getməyib.

Xəbər lenti

Xəbər lenti