...

İraq İranla əlaqələri genişləndirmək niyyətindədir – parlament spikeri

Dünya xəbərləri Materials 15 Noyabr 2010 14:58 (UTC +04:00)
İraq və İran arasında hərtərəfli münasibətləri genişləndirmək lazımdır. Bu barədə İraq Parlamentinin yeni seçilən spikeri Üsamə əl-Nucaifi İranın Bağdaddakı səfiri Həsən Danəfəri ilə görüşdə deyib.
İraq İranla əlaqələri genişləndirmək niyyətindədir – parlament spikeri

İraq və İran arasında hərtərəfli münasibətləri genişləndirmək lazımdır. Bu barədə İraq Parlamentinin yeni seçilən spikeri Üsamə əl-Nucaifi İranın Bağdaddakı səfiri Həsən Danəfəri ilə görüşdə deyib. Xəbəri İRNA-ya istinadən Press TV yayıb.

"İraq İranla qarşılıqlı hörmət və daxili işlərə qarışmamağa əsaslanan xüsusi münasibətlərin  yaradılmasına səy göstərir", - Nucaifi qeyd edib.

O, tərəfləri siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə çağırıb.

İran səfiri deyib ki, Yaxın Şərqdə ölkələrin sabitliyi və təhlükəsizliyi onların qarşılıqlı fəaliyyətindən asılıdır və İranda sabitlik qonşu İraqda və ümumilikdə regiondakı sabitlik və təhlükəsizlikdən asılıdır.

Səkkiz aylıq siyasi dalandan sonra İraqın əsas fraksiyaları razılığa gəliblər. Bunun əsasında İraqın indiki Baş naziri Nuri əl-Maliki daha bir il öz vəzifəsində qalacaq, kürd alyansının nümayəndəsi Cəlal Təlabani prezident olacaq.

Hazırda İraq Baş nazirinin nazir vəzifələrinə namizədləri müəyyənləşdirmək üçün bir ay vaxtı var.

Xəbər lenti

Xəbər lenti