...

İranın xarici işlər naziri Küveytə səfər edib

Dünya xəbərləri Materials 1 Dekabr 2010 10:50 (UTC +04:00)

İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün səhər Küveytə səfər edib. Müttəki orada keçirilən Şərqi Sudanın bərpası və inkişafına dair beynəlxalq konfransda iştirak edəcək. Bu barədə İSNA xəbər agentliyi məlumat verir.

Konfransda, həmçinin BMT İnkişaf Proqramı, Ərəb İqtisadi İnkişaf Küveyt Fondu, İslam İnkişaf Bankının nümayəndələri və ərəb ölkələrinin bəzi sahibkarları iştirak edirlər.

Müttəkinin səfər çərçivəsində Küveyt rəsmiləri ilə görüşləri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti