...

Pakistan "Cundullah" rəhbərinin həbsi barədə məlumatı təkzib edib

Dünya xəbərləri Materials 24 Dekabr 2010 12:52 (UTC +04:00)

Pakistanın rəsmi nümayəndələri "Cundullah" qruplaşmasının rəhbəri Əbdülrauf Riqinin həbsi barədə məlumatı təkzib ediblər. Bu barədə Sisitan və Bəluçistan əyalətinin qubernatoru bildirib. Məlumatı cümə günü ILNA agentliyi yayıb.

Bundan əvvəl IRNA agentliyi yerli KİV-ə istinadən xəbər verib ki, Əbdülrauf Riqi dünən axşam həbs olunub.

Bəluç sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir.

Sistan və Bəluçistan əyalətində əhalinin əksəriyyətini sünnilər (islamda nisbətən daha çoysaylı cərəyanın ardıcılları) təşkil edir. İranda sünnilər azlıq təşkil edir.

"Cundullah" lideri Əbdülmalik Riqi 2010-cu il iyunun sonlarında İranda edam olunub. O, 2010-cu il fevralın 23-də Dubaydan Qırğızıstana gedən təyyarənin göyərtəsində həbs edilib.

Dekabrın 15-də İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində İmam Hüseyn məscidinin yaxınlığında baş vermiş terror aktı nəticəsində imamın vəfatının ilönümü ilə əlaqədar məscidə gələn 38 nəfər ölüb, 50 nəfər yaralanıb. Daha bir nəfər xəstəxanada vəfat edib.

Xəbər lenti

Xəbər lenti