Misir Silahlı Qüvvələrinin Ali Şurası bazar günü ölkə konstitusiyasının hüquqi qüvvəsini donduruılması və parlamentin hər iki palatasının (Xalq Məclisi və Konsultativ Şura) buraxılması haqda bəyanat səsləndirib. Trend-in məlumatına görə bəyanat Misirin milli televiziyası vasitəsiylə yayılıb. Bu barədə RİA Novosti agentliyi xəbər verib.
"Konstitusiya etibarsız sayılır. 6 ay müddətinə və ya Xalq Məclisinə və Konsultativ Şuraya seçkilərin keçirilməsinə qədər Misir Silahlı Qüvvələrinin Ali Şurası müvəqqəti olarq ölkəni idarə etmək hüququnu üzərinə götürür", bəyanatda deyilir.
Əlavə olaraq Şura 1971-ci ildə qəbul olunan Konstitusiyanı mükəmməlləşdirmək məqsədi ilə komissiya yaradacaq. Dəyişikliklər edildikdən sonra Konstitusiya ümumxalq səsverməsinə çıxarılacaq.
Keçid dövründə ölkəni Silahlı Qüvvələrinin Ali Şurasının başçısı, müdafiə naziri Hüseyn Tantavi idarə edəcək.
Fevralın 11-i ölkədə davam edən kütləvi iğtişaşlar nəticəsində Misir prezidenti Hüsni Mübarək istefa edib. Onun gedişi haqqında vitse-prezident Ömər Süleyman dövlət televiziyası vasitəsi ilə elan edib. Ölkəni idarə etmək Silahlı Qüvvələrinin Ali Şurasına həvvalə olunub.