...

Parisdə konsert zalı yanır

Dünya xəbərləri Materials 22 Mart 2011 12:55 (UTC +04:00)

Parisdə Monmartr təpəsinin yaxınlığında yerləşən konsert zalı yanır. İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Fransanın "iTele" telekanalına istinadən xəbər verib.

TV-nin məlumatına görə, yanğın baş verən zaman "Elysee Montmartre" konsert zalının binasında heç kim olmayıb. Hadisə yerində 70-dən çox yanğınsöndürən işləyir.

"France Info" radiostansiyanının məlumatına görə, qonşu binalarda olan insanlar təxliyyə edilib. Metronun "Anvers" stansiyası bağlanıb.

Yanğının başvermə səsbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti