...

İran parlamentində Buşəhr nüvə stansiyasının problemlərini araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb

Dünya xəbərləri Materials 6 Aprel 2011 16:33 (UTC +04:00)
İran parlamentində Buşəhr nüvə stansiyasının problemlərini və bu stansiyada işlərin dayandırılma səbəblərini araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb.
İran parlamentində Buşəhr nüvə stansiyasının problemlərini araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb

İran parlamentində Buşəhr nüvə stansiyasının problemlərini və bu stansiyada işlərin dayandırılma səbəblərini araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, xüsusi komissiya Buşəhr stansiyasında işlərin dayandırılma səbəblərini, stansiyanın təkmilləşdirilməsi, maliyyə problemləri, Rusiya ilə müqavilə və Buşəhr nüvə stansiyasının digər problemlərini araşdıracaq. Eləcə də xüsusi komissiya Buşəhr nüvə stansiyasının reaktorundan uran yanacağının çıxarılma səbəblərini araşdıracaq.

İran fevral ayının sonlarında ötən ilin oktyabr ayında Buşəhr nüvə stansiyasının rektoruna yerləşdirdiyi uran yanacağını çıxarıb. İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsgər Sultaniyyə uran yanacağının Buşəhr nüvə stansiyasının tikinti işlərini həyata keçirən Rusiya tərəfinin istəyi ilə çıxarıldığını deyib. "Buşəhr nüvə stansiyasının reaktorundan uran yanacağının çıxarılması Rusiya tərəfinin istəyi ilə, bəzi texniki testlərin həyata keçirilməsi məqsədilə həyata keçirilib", - Sultaniyyə deyib.

Buşəhr nüvə stansiyasının tikilməsi üçün İran və Rusiya arasında müqavilə 1995-ci ildə Tehranda imzalanıb. Müqavilənin ümumi dəyəri bir milyard dollardır. Buşəhr nüvə stansiyasında işlər 1999-cu il yanvar ayının 8-nə kimi tamamlanmalı idi. Amma 10 il keçməsinə baxmayaraq, bu nüvə stansiyası hələ də fəaliyyətə başlamayıb. Buşəhr nüvə stansiyasının tikintisini Rusiyanın "Atomstroyeksport" şirkəti aparır.

Xəbər lenti

Xəbər lenti