Gürcüstan, Tbilisi, 22 may /Trend, müxbir N.Kirtsxalia/
Gürcüstan Daxili İşlər Nazirliyi, keçmiş müdafiə naziri İrakli Okruaşvilini, onun ölkəyə gələcəyi halda, "qəbul etməyə" hazırdır.
"O, ölkə sərhədini keçən an həbs olunacaq." Bunu Trend-ə Gürcüstan DİN-in məlumat və analiz departamentinin rəisi Şota Utiaşvili deyib.
Utiaşvili qeyd etdi ki, həbs, Okruaşviliyə qarşı qaldırılmış korrupsiya ilə bağlı cinayət işinin əsasında həyata keçiriləcək.
Bu gün Okruaşvili, "Maestro" telekanalının efirində mayın 25-də Gürcüstana qayıdacağını söyləyərək, elə həmin gün indiki hakimiyyətə son qoyulacağını dedi.