...

Putin gedir, yerinə Medvedevi təklif edir

Dünya xəbərləri Materials 24 Aprel 2012 17:04 (UTC +04:00)
Rusiya Prezidenti seçilən Vladimir Putin hakim "Vahid Rusiya" ("Yedinaya Rossiya") partiyasının sədri vəzifəsindən getmək niyyətində olduğunu bildirib.
Putin gedir, yerinə Medvedevi təklif edir

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Rusiya Prezidenti seçilən Vladimir Putin hakim "Vahid Rusiya" ("Yedinaya Rossiya") partiyasının sədri vəzifəsindən getmək niyyətində olduğunu bildirib.

Putin yeni sədrin müəyyənləşdirilməsi məqsədilə partiyanın qurultayını mayın ikinci yarısında keçirməyi təklif edib və bu vəzifəyə Dmitri Medvedevin namizədliyini irəli sürüb. Bu barədə çərşənbə axşamı Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Bizdə elə təcrübə formalaşıb ki, prezident partiya üzərində fiqur olmalıdır. Konstitusiya prezidentə hər hansı partiyanın üzvü olmağı qadağan etmir, lakin siyasi həyatımızda elə qayda formalaşıb ki, hər halda prezident hər şeydən əvvəl ölkənin bütün siyasi qüvvələri və bütün vətəndaşları üçün birləşdirən fiqur olmalıdır. Hörmətli dostlar və həmkarlar, bununla bağlı cari ilin may ayının 7-də baş tutmalı olan inauqurasiyadan sonra "Vahid Rusiya"nın sədrliyi vəzifəsindən getməyimi uyğun hesab edirəm", - Putin partiya rəhbərləri ilə görüşündə bildirib.

"Növbədənkənar qurultayı cari ilin may ayının ikinci yarısında çağırmağı təklif edirəm, Dmitri Anatolyeviç Medvedevin Dövlət Dumasına seçkilərdə "Vahid Rusiya"nın siyahısına başçılıq etməsi ilə əlaqədar olaraq, onun hökumət başçısı qismində namizədliyini irəli sürəcəyəm. Əgər o, partiyaya da rəhbərlik edərsə, bunu düzgün hesab edərdim. Bu, ümumdünya təcrübəsidir", - Putin qeyd edib.

Xəbər lenti

Xəbər lenti