Azərbaycan, Bakı, 6 may /Trend/
Ermənistanın Baş prokurorluğu ölkədə keçirilən parlament seçkilərində "Çiçəklənən Ermənistan" partiyasının xeyrinə səslərin satın alınması faktı ilə bağlı cinayət işinə başlayacaq.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bazar günü səhər saatlarında seçki məntəqələrinin birində səslərin satın alınmasında şübhəli bilinən bir şəxs saxlanılıb ki, çantasında seçicilərin adları olan dəftərlər və 380 min dram, cibində isə 127 dram aşkar olunub.
Hazırda rüşvət alan iki şəxs artıq müəyyən edilib.