...

İranda 2,8 milyard dolların oğurlanması ilə bağlı məhkəmə prosesi davam edir

Dünya xəbərləri Materials 10 May 2012 11:21 (UTC +04:00)
İranda yerli bankların birindən 2,8 milyard dollar vəsaitin oğurlanması ilə bağlı onuncu məhkəmə iclası keçirilir.
İranda 2,8 milyard dolların oğurlanması ilə bağlı məhkəmə prosesi davam edir

Azərbaycan, Bakı, 10 may /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranda yerli bankların birindən 2,8 milyard dollar vəsaitin oğurlanması ilə bağlı onuncu məhkəmə iclası keçirilir. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi xəbər verib.

Müttəhimlər kürsüsündə 32 nəfərin əyləşdiyi məhkəmə prosesi fevralın 19-da başlayıb. Müttəhimlər İran banklarından ölkənin bütün tarixi ərzində ən iri məbləğin oğurlanmasında günahlandırılırlar.

Söhbət Əmir Mənsur Əryanın qrupundan gedir. Qrup qeyri-qanuni akkreditivlərin və iri bank kreditlərinin alınması üçün dövlət qulluqçuları üzərində nüfuzundan istifadə etməkdə təqsirləndirilir.

Prosesə yeddi dövlət və özəl bank cəlb olunub. Onlarda dələduzluq faktları, kreditlərin təmin olunması üçün saxta sənədlər aşkar edilib.

Məhkəmənin sonuncu iclasında yeddi müttəhim barəsində maliyyə fırıldaqçılığı ittihamı irəli sürüləcək. Bundan əvvəl analoji ittihamlar bank fırıldaqlarının 17 iştirakçısı barəsində irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti