...

İranda xarici xidmət orqanlarının planlaşdırdığı terror aktlarının qarşısı alınıb

Dünya xəbərləri Materials 16 Noyabr 2012 12:57 (UTC +04:00)
İranda ölkə ərazisində terror aktları hazırlayan bir qrup şəxs saxlanılıb. Bu barədə İİR-in Kəşfiyyat Nazirliyinin bəyanatında deyilir.
İranda xarici xidmət orqanlarının planlaşdırdığı terror aktlarının qarşısı alınıb

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva /

İranda ölkə ərazisində terror aktları hazırlayan bir qrup şəxs saxlanılıb. Bu barədə İİR-in Kəşfiyyat Nazirliyinin bəyanatında deyilir.

Trend-in IRIB agentliyinə istinadən verdiyi məlumata görə, istintaq saxlanılanların xarici xidmət orqanlarının, o cümlədən İsrail kəşfiyyatının göstərişi ilə terror aktları hazırladıqlarını bildirir.

Məlumatda o da bildirilir ki, saxlanılanların hədəfi bir sıra obyektlərin partladılması, Xuzistan vilayətində stabilliyin pozulması olub. Bununla yanaşı qeyd olunur ki, terror aktları üçün partlayıcılar İrana Fars körfəzi ölkələrinin birindən qaçaqmalçılıq yolu ilə gətirilib. Şübhəlilər həbs olunarkən onlardan istifadə olunması üçün hazır partlayıcı qurğu və rabitə vasitəsi götürülüb.

Həbs olunanların adları və sayları açıqlanmır. Məlumatda təhqiqatla bağlı əlavə məlumatın bir qədər sonra veriləcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti